Haqqımızda

TapAI — Azərbaycan dilində süni intellekt alətlərini kəşf etmək üçün yaradılmış kataloqdur.

Bu gün yüzlərlə yeni AI aləti ortaya çıxır, amma onların əksəriyyəti barədə məlumat yalnız ingilis dilində mövcuddur. TapAI-ın məqsədi sadədir: ən faydalı süni intellekt alətlərini toplamaq, onları başa düşülən şəkildə izah etmək və insanların öz ehtiyaclarına uyğun aləti tez tapmasına kömək etmək.

Hər alət kataloqa əlavə edilməzdən əvvəl yoxlanılır — məqsəd real işləyən, faydalı alətləri göstərməkdir.

TapAI hələ kiçik bir layihədir və davamlı böyüyür. Təklif, iradınız və ya kataloqa əlavə etmək istədiyiniz alət varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Founder & CEO Raul Alakbarli